Rəfiqəsi şahzadə Harriyə ərə getməyə razılıq verib
08 oktyabr 2013 04:50 (UTC +04:00)

Rəfiqəsi şahzadə Harriyə ərə getməyə razılıq verib

Britaniya kraliçasının nəvəsi Harrinin rəfiqəsi Kressida Bona ona ərə getməyə razılıq verib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, 1,5 ildir ki şahzadə ilə görüşən qızı rəfiqləri bunu bildirib.

 

«Deyli teleqraf» qəzetinin yazdığına görə, 29 yaşlı Harri bir neçə ay öncə 24 yaşlı Kressidaya evlilik təklifini edib. Onda qız çox gənc olduğunu, hələ evlənmək istəmədiyini bildirərək, tərəddüd etdiyini söyləyib. Bundan başqa o, aktrisa olmaq istədiyindən kraliça ailəsinə bunun zərər vuracağından çəkinirmiş.

 

Qəzet yazıb ki, Kressida artıq «öz xoflarını qorxularını dəf edib». Bu cütlüyün sözlərinə əsasən, onlar toy etmək barədə qərara gəlib. Bəzi məlumatlara görə, toy gələn il olacaq.

 

Kressida ilə Harri 2012-ci ilin mayından görüşür. Onları şahzadənin əmisi qızı Yevgeniya tanış edib.

 

Qız varlı, aristokrat kökə malik bil ailədəndir. Onun atası Cefferi Bonas  Xarrou və Oksford kimi məşhur universitetlərin məzunudur. O, ənənəvi ingilis geyim şirkətinin yiyəsidir. Anası Meri-Gey Corcina Lorna Kerzon isə Kerzon – Hau qraf ailəsinə mənsubdur.

 

Kressidanın bacısı İzabella Koltorp  milayder Riçard Brensonun oğlu, tanınmış ingilis aktyor Sem Brensonun həyat yoldaşıdır.

 

Yerli mətbuatın yazdığına əsasən, İzabella yeniyetməliyində Harrinin qardaşı şahzadə Uilyamla görüşüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Oxşar yazılar