Müğənni Xatirə İslamın yeni duet ortağı bəlli olub. Müğənninin prodüseri Azər Kərimov Lent. az-a bildirib ki, onun yeni duet ortağı Rüfət Axundovdur: “Bir neçə müddət olardı ki, Xatirə xanım gündəmdə deyildi. Ailə qurmuşdu, uşağı olmuşdu, efirlərə çıxmırdı. Amma indi yaradıcılıq işlərini sürətləndirəcəyik. Bu yaxınlarda Rüfət Axundovla “Küsmə” adlanan mahnı ifa etdilər. Mahnının musiqisi Rəşad Bağırova, sözləri Vüqar Şiriyevə məxsusdur. Bu yaxınlarda duet dinləyicilərin ixtiyarına veriləcək. Düşünürük ki, yaxşı bir iş ərsəyə gəlib.
Prodüser onu da əlavə edib ki, Rüfət və Xatirə bu mahnıya klip çəkdirməyi də nəzərdə tutublar: “Onlar “Küsmə” adlı mahnıya klipdə çəkdirməyi düşünürlər. Klip xarici ölkədə lentə alınacaq. Amma hazırda Rüfət Axundov Həcc ziyarətində olduğuna görə iş yubanıb”.