Müğənni Roza Zərgərli bu gün paytaxt məkanlarının birində mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, ifaçının tədbir keçirməsinə səbəb, Türkiyənin tanınmış “Pankart” qrupu ilə birgə ifa etdiyi “Oyuncaq” adlı mahnıya çəkilmiş klipi ictimaiyyətə təqdim etməsidir. Tədbiri giriş sözü ilə açan R.Zərgərli hər kəsi “Oyuncaq” adlı klipə baxmağa dəvət edib. Ekran işi təqdim olunduqdan sonra ifaçı təəssüratlarını bölüşüb: “Bu klip Şəkinin gözəl guşələrində lentə alındı. Orada bizi çox gözəl qarşıladılar. Ekran işində tərəf müqabillərim Türkiyənin tanınmış “Pankart” qrupunun üzvləridir".
Xatırladaq ki, klipdə ifaçının obrazlarını stilist Elnur Həsənov bəzəyib. Sözügedən klip Azərbaycanla yanaşı Türkiyənin tanınmış musiqi telekanallarında yayımlanacaq.
Onu da əlavə edək ki, Afaq Gəncəli və Zabir Əliyevin aparıcılığı ilə keçirilən təqdimata əməkdar artistlər Elza Seyidcahan, Vəfa Zeynalova, müğənni Sevinc Ağaşirinova, Aysel Əlizadə, meyxanaçı Ehtiram, İntiqam qardaşları, prodüser Təranə Səmədova, aparıcı Zemfira Adıgözəlova, rəqqasə Fatimə Fataliyeva və başqaları qatılıb.
“Oyuncaq” adlı klipi təqdim edirik