Röyanın konsertinə gələn əri uşağını da götürüb, nə etdi?
29 yanvar 2014 00:11 (UTC +04:00)

Röyanın konsertinə gələn əri uşağını da götürüb, nə etdi?

Bir neçə saat öncə Heydər Əliyev Sarayında estrada ulduzu Röya Ayxanın “Mənəm” adlı konserti olub.

 

Lent.az məlumatına görə, şoumen Murad Dadaşov gecəni açıq elan etdikdən sonra səhnədə gecənin səbəbkarı Röya görünüb.

 

O, konsertə gələn qonaqları salamlayaraq, öz musiqi tövhələrini qonaqlarla bölüşdü.

 

Möhtəşəm işıq effektləri və səs avadanlıqları ilə təchiz olunmuş konsertdə Röya ötən illərdə sevilən mahnılarla yanaşı, yeni mahnılarını da oxudu.

 

Konsertdə onu sənətçi dostları da tək qoymamışdı. Gecədə tanınmışlardan əməkdar artist Abbas Bağırov, müğənnilərdən - Sevda Yahyayeva, Samir Cavadzadə, rəqqasə Fatimə Fataliyeva, bəstəkar Nailə Mirməmmədlini və başqalarını görmək olardı.

 

İki hissəli konsertin sonunda Röya “Mənəm “ adlı mahnısı ilə ifasını başa çatdırdı.

 

Sonda aparıcı M. Dadaşov Röyanın həyat yoldaşı Anar Cəlilovu və oğlu Hüseyni səhnəyə dəvət etdi. Onların səhnəyə çıxması  tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

 

Qeyd edək ki,  Röya Heydər Əliyev Sarayında ilk konserti 2005-ci ildə “Bu gecə” adı altında verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8917
avatar

Yalçın UĞUR

Oxşar yazılar