Müğənni Röya ilə boşanan Anar Cəlilovun gənc xanımla şəkli yayılıb. Lent.az-ın məlumatına görə, A.Cəlilov gənc xanımla şəkil çəkdirərək, sosial şəbəkədəki səhifəsinə qoyub. Bir çoxları fotoya “Röyanını keçmiş əri onu bu qıza dəyişdi”, “Röyanın keçmiş əri ona bu qızla acıq verdi”, şərhini yazıb.
Xatırladaq ki, müğənni Röya Ayxan Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Əvvəlki evliliyi uğursuz olan Anarın valideynləri onun Röya ilə evlənməsinə qarşı çıxıb. Lakin həmin vaxt tanınmış iş adamının oğlu A.Cəlilov Röya ilə ailə həyatı qurmaqda israr edib. Onların Hüseyn adlı bir oğlu var.
Qeyd edək ki, Anar və Röya cütlüyü ötən ilin avqust ayında rəsmən boşanıblar. Boşanma xəbərini ilk olaraq mediaya A.Cəlilov bildirib: “Boşanmışıq, xahiş edirəm bir də bu barədə danışmayaq”.