Bu gün müğənni Röya Ayxan ATV-nin “Gün keçir” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, Röya proqramda yaradıcılığındakı yeniliklərdən söz açıb. Müğənni “Səni tanıyım”, “Göndər”, “Lay-lo-lay” mahnılarını yeni aranjemanda ifa edib. Sonra bəstəsi Pərviz Mahmudova, sözləri Leyli İsrafilovaya məxsus yeni “Çarəsiz xəstəlik” mahnısını oxuyub. Proqramın sonunda o, Türkiyədə rejissor K. Ulaş Elgin tərəfindən lentə alınmış “Mənəm” klipini təqdim edib.
Xatırladaq ki, mahnının sözləri Cavid Qurbanov, musiqisi isə Nailə Mirməmmədliyə məxsusdur.
Qeyd edək ki, proqramdan sonra Röya pərəstişkarları ilə xatirə şəkli də çəkdirib.