Amerikanın tanınmışı müğənnisi Riannadan Birləşmiş Ərəb Əmirliyində məscidi tərk etməsi istənilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay oktyabrın 19-da baş versə də, bu haqda xəbər oktyabrın 21-də yayılıb.
Riannanın konsertdən öncə Əbu-Dabi əmirliyindəki Şeyx Zeyad məscidində qara kostyumda baş örtülü çəkdirdiyi fotoları çeşidli saytlarda paylanıb.
Məscidin bəyanatına əsasən, qaydalar pozduğu üçün «tanınmış müğənni»dən oranı tərk etməsi istənilib.