Rəqsanə iftar süfrəsinə kimləri çağırıb?
10 iyul 2014 11:42 (UTC +04:00)

Rəqsanə iftar süfrəsinə kimləri çağırıb?

Müğənni Rəqsanə İsmayılova ötən gün “Qocalar evi”nin sakinləri və bəzi şou-biznes nümayəndələri üçün iftar süfrəsi açıb. Lent.az-ın məlumatına görə, iftara müğənnilərdən Günay İbrahimli, Sevil Sevinc bacıları, Ayan Babakişiyeva, İradə İbrahimovanın bacısı,  vizajist-stilist Nigar İbrahimova, dicey Kazım gəlib.

 

İftar verən ifaçı öz təəssüratları Lent.az-a bölüşüb: “Bir çoxları bilir ki, mən hər il oruc tuturam. Bu il isə səhhətimlə bağlı oruc tuta bilmədim. Amma çox istəyirdim ki, mən də oruc tutam. Düşündüm ki, bu ayda nəsə xeyir iş görməliyəm. Qərara alıb, qocalar evinin sakinlərini və sənətçi dostlarımı bir araya yığdım. Bu addımı atmağımla özümü reklam etmirəm. Sadəcə? içimdən gəldi, bunu etdim”. 

 

 

Lent.az R.İsmayılovanın iftar süfrəsindən olan şəkilləri təqdim edir.

 

Fotolar müəllifindir.

# 1774
avatar

Yalçın UĞUR

Oxşar yazılar