Rəqqasə Aytən türk həmkarı ilə gercəkləşdirdiyi “Dansın sultanları” adlı video - layihəsini təqdim edib. O, Lent.az-a bildirib ki, xeyli müddət bu layihənin çəkilişləri üzərində işləyib: “Bu günə qədər hələ bir şey olmamışdı. Yəni iki rəqqasə bir araya gəlib, layihə etməmişdi. Düşündüm ki, mən etsəm maraqlı olar. Bunu ilk olaraq Asenaya təklif etdim. Oda çox sağ olsun ki, razılıq verdi. Rəqs etdiyimiz kompozisiyanın musiqisini mən özüm qurmuşam. Məncə maraqlı olacaq. İzləməyə dəyər”.
Rəqqasə sonra bildirib ki, daim formada qalmağı sevsə də, ekranda çox kök görünür: “Hər zaman pəhriz saxlayıram. Məni adi həyatda görən insan, təəccüblənir. Çünki, efirdə kilolu görünürəm. Bu da məni kompleksə salır”.
Qeyd edək ki, Aytənin klipinin rejissoru Onur Köksu, musiqi müəllifi Can Şimşəkdir.