Oksana ilk dəfə milli rəqs oynadı
18 dekabr 2014 15:38 (UTC +04:00)

Oksana ilk dəfə milli rəqs oynadı

Rəqqasə Oksana Rəsulova mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, media işçilərini başına cəm edən rəqqasə deyib ki, o, “Sarı gəlin” mahnısına rəqs qurub və bunu ekranlaşdırıb: "İlk dəfə olaraq milli rəqs oynayaraq, həmin işə klip çəkdirdim. “Sarı gəlin” Şəkidə “Xan sarayı”nda çəkilib. Çox həyəcanlıyam. Çünki ilk dəfə olaraq milli rəqs oynadım. Çəkiliş zamanı helikopterlərdən də istifadə olunub. Düşünürəm ki, yaxşı alınıb. Bir azərbaycanlı kimi “Sarı gəlin”i oynamağı özümə borc bildim”.



Xatırladaq ki, klipin rejissoru Kənan Musayev, operatoru Elmir Süleymanovdur. Oksananın tərəf müqabili isə İlqar Musayevdir.


Qeyd edək ki, “Sarı gəlin” adlı klip Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Yalçın UĞUR

Oxşar yazılar