Rəqqasə Fatimə Fətəliyeva repertuarına yeni rəqslər daxil edəcək.
Bu barədə Axşam.az-ın müxbirilə söhbətində Fatimənin özü bildirib.
Onun sözlərinə görə, yeni hind, türk və qaraçı rəqsləri repertuarına daxil olacaq:
“Xəyal” adlı bir rəqsim var ki, bunu İlhamla duet kimi oynayacam. “Lalələr” xalq mahnısını skripkaçı Səlim fərqli ifa edib. Skripkayla hazırladığımız bu mahnıya da maraqlı nömrə hazırlayıram. Bu tam yeni versiyada bir rəqsdir. Cari il repertuarımda tamamilə dəyişikliklər edəcəm”.