Rəqqasə Fatimə meyxanaçılarla nə edəcək?
29 yanvar 2015 11:49 (UTC +04:00)

Rəqqasə Fatimə meyxanaçılarla nə edəcək?

Rəqqasə Fatimə Fətəliyeva “Davay dasvidaniya” meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram qardaşları ilə birgə layihə həyata keçirəcək. Bu barədə Lent.az-a rəqqasənin özü məlumat verib. O, bildirib ki, həmin layihənin Azərbaycanda analoqu olmayacaq: “Bir neçə ay öncə İntiqam və Ehtiram qardaşları ilə görüşdük və belə bir razılığa gəldik ki, birgə layihə edək. Həmin layihə mənim bu illər ərzində keçdiyim yaradıcılıq yoluma rəqs etdiyim nümunələr də yer alacaq. Bu barədə ətraflı danışmaq istəmirəm. Çünki şou-biznesdə ideya oğruları çoxdur. Yaxın müddətdə çəkilişlərə başlayacağıq, layihə hazır olduqdan sonra mediaya təqdim olunacaq. Düşünürəm ki, həyata keçirəcəyimiz bu layihə Azərbaycanda ilk dəfə həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar