Rafet el-Romanın konserti yenə təxirə salındı
25 iyun 2014 00:10 (UTC +04:00)

Rafet el-Romanın konserti yenə təxirə salındı

Türkiyəli müğənni Rafet el-Romanın iyunun 25-ə Azərbaycanda planlaşdırılan konserti yenidən təxirə salınıb.

 

Lent.az-ın məlumatına görə, konsertin sentyabrda keçiriləcəyi nəzərdə tutulub.

 

Konsertin təxirə salınmasına səbəb məkan dəyişikliyi olub. Təşkilatçı Nahid Emiloğlunun sözlərinə görə, nəzərdə tutulan konsert daha böyük bir yerdə  - "Yaşıl Teatr”da keçiriləcək.

 

Qeyd edək ki, Rafetlə birlikdə səhnəni müğənni Günay İbrahimli paylaşmalı idi, aparıcı isə Zaur Nəbioğlunun olması planlaşdırılmışdı.

# 830
avatar

Yalçın UĞUR

Oxşar yazılar