Fransa vətəndaşı erməni müğənni Şarl Aznavur sentyabrın 16-da Almatıya gedib. Lent.az-ın «today.kz»-ya istinadən məlumatına görə, o, Qazaxıstanda «Avroasiya» film-festivalının qonağıdır.
Mətbuat konfransında 89 yaşlı müğənninin jurnalistlərdən xahiş edib ki, siyasi məsələlərə dair ona sual verməsinlər.
Aznavur Ermənistanın İsveçrədəki səfiridir. O, ilk dəfədir Qazaxıstana səfər edib. Orada ona «Dünya musiqisinə xidmətinə görə» mükafatı verilib.
«Bu mükafatı qəbul etməkdən məmnunam. İstənilən mükafatı qəbul etməkdən xoşum gəlir. Mən təltiflərdən imtina edənlərə özümü aid etmirəm» - deyə, Aznavur söyləyib.