İngiltərə və ABŞ-da ailədaxili zorakılıqla mübarizə aparan təşkilatlar "Bozun 50 çaları" filminin böykot edilməsini təklif ediblər.
Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, qadın təşkilatlarından biri dünyanın ən məşhur kitablarından olan El Ceyms Mitçelin "Bozun 50 çaları"nın film versiyasının zorakılığı reklam etdiyini iddia edib. Onlar "50 çalar deyil, 50 dollar" adlı kampaniyaya başlayaraq, hər kəsi kinoteatrda xərclənəcək pulu təşkilata bağışlamağa səsləyiblər.
İngiltərədə başlayan kampaniyanın "Facebook" səhifəsində "Hollivudun sizin pulunuza ehtiyacı yoxdur, amma zorakılığa məruz qalmış qadınların var" ifadələri yer alıb.
Qeyd edək ki, yazıçı El Ceymsin eyniadlı bestselleri əsasında çəkilən "Bozun əlli çaları" erotik trillerinin premyerası fevralın 11-də Berlin kinofestivalında olacaq. Filmin rejissoru Sem Teylor-Conson, eyni zamanda baş rol ifaçıları Dakota Conson və Ceymi Dornan nümayişdə şəxsən iştirak edəcəklər. Film Azərbaycanda fevralın 14-də nümayişə gorəcək.

Qadın təşkilatı erotik filmi boykota səsləyir - VİDEO
Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35