Özcan Dəniz Bakıya gəlişindən, göz yaşından danışdı
20 dekabr 2013 01:21 (UTC +04:00)

Özcan Dəniz Bakıya gəlişindən, göz yaşından danışdı

Ötən gün paytaxtımıza gələn Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz Nizami Kino Mərkəzində  rejissoru olduğu “Su və atəş” filmini təqdim edib. Lent.az-ın məlumatına görə, qala gecəsinə təyin olunan vaxtdan 2 saat sonra gələn müğənni, filmin nümayişindən sonra media nümayəndələrinin suallarını cavablandırıb.

 

-Gəlişinizin səbəbləri barədə danışardınız...

-Öncə onu deyim ki, Bakıda olmaqdan məmnun və şadam. Azərbaycanda hər zaman böyük bir diqqət görmüşəm. Məni çox istədiyinizi isti münasibətinizdən, diqqətinizdən duyuram. Buradan çox konsert təkliflər də alıram. İnşallah gələcəkdə yenidən Bakıda konsert  verməyi düşünürəm. Mən hər zaman demişəm ki, Azərbaycan yad ölkə deyil. Bura gələndə elə bilirəm ki, öz evimə gəlmişəm. Bu gün burda olmağıma səbəb  sizlərsiniz. Çünki sizlər  istəməsəniz mən bu gün burda olmaram.

 

-Müəllifi olduğununz “Su və atəş” filmini təqdim  etdiniz. Artıq deyə bilərik ki, Özcan Dənizin başı filmlərə qarışıb,  müğənnilik yaddan çıxıb?

 

-Yox, bu, belə deyil. Bir tərəfdən sizinlə razıyam ki, ifaçılığıma çox vaxt ayırmıram. Daha çox vaxtımı film çəkilişlərinə ayırıram. O ki qaldı bu gün təqdim etdiyimiz filmə, ekran işi müsbət sonluqla yekunlaşmasa da, maraqlı bir süjet xətti var idi. Çox təsirli bir filmdi. Hətta, özüm çəkilişlər gedən zamanda göz yaşlarımı saxlaya bilməmişəm. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2348
avatar

Yalçın UĞUR

Oxşar yazılar