Hazırda Azərbaycanda yaşayan Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün evində konsert verib.
Lent.az-ın verdiyi məlumata görə, ifaçı dostlarını bir araya yığaraq onlara musiqi ziyafəti təşkil edib: “ Evdə konsert vermək bir çox Avropa ölkələrində adətdir. Bura gələndən sonra bir neçə dəfə evdə konsert təşkil etmişəm. Dəyərli insanları bir araya gətirib, evdə onlar üçün konsert verməyin başqa bir gözəlliyi var”-deyə Oya Ergün qeyd edib.
Qeyd edək ki, Oya Ergünün birinci ev konsertində onu pianoda Aydan Abbasova müşayiət edib. Eyni zamanda Ergün özü də gələn qonaqlar üçün skripkada ifa edib.
Qeyd edək ki, Oya xanımın ev konserti onun doğum günündə baş tutub.
Məlumat üçün bildirək ki, Oya Ergün Belçika, Hollandiya, Almaniya, Fransa, İtaliya kimi Avropa ölkələrində konsertlər verib, uğurlar qazanıb. O cümlədən, bir çox mükafata sahib olub. Musiqi ilə bərabər qadın haqlarını müdafiə etmək üçün layihə həyata keçirib. Ailəsinə gəldikdə isə atası prokuror, anası isə incəsənət müəlliməsi olub. Özü də musiqi dərsləri verir, uzun illər Hollandiyada yaşayıb. Həyat yoldaşı Azərbaycanda iş təklifi aldıqdan sonra buraya gəlib. Oya xanım Azərbaycanı çox sevdiyini deyir. Oya Ergün artıq 2 ilə yaxındır, ki, Bakıda yaşayır. O, bu müddət ərzində konsertlər verib. Eyni zamanda, Oya Ergünün ölkəmizdə Azərbaycan və Türkiyə mahnılarında ibarət “Ruhum”adlı albomu da işiq üzü görüb