Braziliyanın cənub-şərqində torpaqlarını işğal edən işçilərin öldürülməsi əmrini verən ferma sahibinə 115 il həbs cəzası verilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin Minas-Gerais əyalətində ferma sahibi Adriano Çafik 2004-cü ildə 5 fəhlənin öldürülməsi əmirini verib. Sahibkara 115 il iş, onun işçisi Vaşinqton Aqostinoya isə 97 il iş kəsilib.
Apelyasiya məhkəməsinin qərarı çıxanadək onlar sərbəst olacaq. Mənbə bildirib ki, Braziliyada bir nəfər üçün həbs cəzasının ən yüksək həddi 30 ildir.