Nüşabə Ələsgərli kürəkənindən danışdı: "Ev də verərəm"
29 sentyabr 2014 19:19 (UTC +04:00)

Nüşabə Ələsgərli kürəkənindən danışdı: "Ev də verərəm"

 

“Qızımı savadsız oğlana ərə vermərəm”. Lent.az-ın məlumatına görə, bu sözləri "Xəzər" telekanalında qonaq olan əməkdar artist Nüşabə Ələsgərli deyib. İfaçı bildirib ki, əgər kürəkənin evi olmasa ona evdə verəcək: “Qızımı istəyən oğlanın pulu, Bakıda evi yoxdursa bunu keçərəm. Amma onun savadı yoxdursa, qızımı vermərəm. Məktəb oxuyardı. Təhsilsiz bir oğlana qızımı niyə verim? Mənim qızım təhsilli, dünya görüşü olan bir qızdır. Niyə savadsıza getsin? İşləyəndən sonra ona evdə verərəm. Vacib deyil ki, milyonlar gətirsin. Mənim qızımın yeməyini, çörəyini verəcəksə, qalan hər şey düzələcək”.  

 

 

Qeyd edək ki, N.Ələsgərlinin 2 övladı var. Oğlu Orxan və qızı Nigar bu il ali məktəbə daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3636
avatar

Yalçın UĞUR

Oxşar yazılar