Niyaməddin Musayev: <span style="color:red;">“Yox, yox, əsla...”  - <span style="color:red;">MÜSAHİBƏ
27 sentyabr 2014 11:50 (UTC +04:00)

Niyaməddin Musayev: “Yox, yox, əsla...” - MÜSAHİBƏ

Xeyli müddətdir efirlərdən, mediadan kənar gəzən xalq artisti Niyaməddin Musayev maraqlı açıqlamalar verib. Lent.az-a müsahibə verən xalq artisti şəxsi həyatında, şou-biznesdə baş verənlərdən və onun mahnılarını oxuyanlardan danışdı.

 

Lent.az həmin müsahibəni təqdim edirik.

 

 

 

- Niyaməddin müəllim haralardasınız?

 

- Haralardayam? Açığını deyim, efirə çıxıram. Amma jurnalist görəndə üzümü çöndərirəm. Hətta telefonuma zəng eləyən jurnalist olanda dəstəyi yerə qoyuram. Çünki jurnalistlərdən incimişəm. Düzdü, yaxşı həmkarlarınız da var...

 

- Yaradıcılığınızda nə yenilik var?

 

- Hələ ki yaradıcılığımda elə bir qlobal dəyişiklik yoxdur.

 

- Şou-biznesdən kənar gəzirsiniz. Bu aləmdə sizə xoş olmayan nədir?

 

- Deməzdim ki, şou-biznes bütövlükdə pisdir. Yaxşı tərəfləri də var. İndiki gənc müğənnilərə qayğı artıb. Amma hazırkı dövrdə qeyri - peşəkarlarla, peşəkarları ayırmaq olmur. İndi aləm qarışıb bir-birinə.

 

- Hər yeni çıxan müğənni özünə sənətkar deyir. Ümumiyyətlə, bu sözü kimlər özlərinə deyə bilərlər?  

 

- Bilirsiniz, sənətkar sözü ağır sözdür. Xalqın tələbatını ödəmək, qəlblərinə yol tapmaq, tarixləşmək hər adama məxsus iş deyil. İndiki gənc müğənnilərə tövsiyəm də var. İndi elə mahnılar oxusunlar ki, illər keçdikdən sonra oxuduqları mahnın xəcalətini çəkməsinlər.

 

- Sizin illər öncə ifa etdiyiniz mahnıları, indi şou-biznesin bir çox tanınmış simaları oxuyur. Bəyənirsinizmi?

 

- Mənim mahnılarımı Xumar Qədimova, Mətanət İsgəndərli, Xatun Əliyeva, Eldar, Vüsalə və başqaları oxuyublar. Hamısını eşitmişəm. Hərəsi özünəməxsus ifa edib. Bu müğənnilər mənim mahnımı yüksək səviyyədə oxuyublar.

 

- Bəs elə bir ifaçı olubmu ki, sizin ifa etdiyiniz mahnını öz repertuarına daxil edib, siz bəyənməmisiniz?

 

- Bəli, olub. Amma onların adlarını çəkməyəcəm.

 

- Bir çox həmkarlarınız şəxsi həyatları ilə gündəmə gəlirlər. Yəni ailələrindən reklam üsulu kimi istifadə edirlər. Bəs siz necə?

 

- Yox, yox. Mən əsla. Mən hər zaman ailəmi bu cür dedi-qodulardan qoruyub saxlayıram. Söz-söhbətdən qaçan adamam. Özümü və ailəmi gözə soxan adam deyiləm. O cür “Röya” ansamblını yaratdım. Azərbaycana yenilik, milli estrada gəldi. 

 

- Bildiyimiz kimi şou-biznesdə sizdən savayı, bu aləmdə qohumlarınız Musayevlər də var. Amma deyilənə görə küsülüsünüz. Bu həqiqətdirmi?

 

- Yox, küsülü olduğum qohumum yoxdur.  

 

- Bir müddət öncə şou-biznesdə baş verən Təranə Musa qalmaqalından bixəbər olmazsınız. Hətta həmin qalmaqalda sizin adınızda hallandı. Söylənildi ki, məsələyə siz aydınlıq gətirəcəksiniz. Bu barədə nə deyərdiniz?

 

- Dedim axı mənə artıq suallar verməyin. Görürsünüz? Bax, buna görə də müsahibə vermək istəmirəm də...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Yalçın UĞUR

Oxşar yazılar