Xalq artisti Nisə Qasımova son vaxtlar qalmaqal yaradacaq açıqlamalar verir. Lent.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişinə müsahibəsində şou-biznesin “primitiv görünən” titullarından danışıb: “Özlərinə titul verənləri görəndə təəccüb eliyirəm. Mən necə deyə bilərəm ki, mənə “prinsessa”, “kraliça” və ya digər adlarla çağırın? Bu aləmdə əjdahanı, ilanı, qurbağanı tanımıram. Hamının adı - fəxri əməkdar və xalq artisti kimi adları ilə tanıyıram. Söylədiyim fikirləri özlərinə götürənlər, məndən inciməsin. Hər halda sizin yaşınızdan iki qat artıq sənət təcrübəm var. Məndən inciməyin”.