Xalq artisti Nazpəri Dostəliyeva ANS telekanalında verilişlərdən birində qonaq olarkən surprizlə qarşılaşıb. Lent.az-ın məlumatına görə, xalq artisti efir zamanı pərəstişkarının birindən gözlənilməz hədiyyə alıb. N,Dosteliyevanın sənətini sevdiyini bildirən gənc oğlan müğənniyə “Qurani Kərim” kitabını bağışlayıb. Bu zaman ifaçı göz yaşlarına hakim ola bilməyib: ““Bu hədiyyə məni kövrəltdi. Mənə dedi ki, öz təqaüdü ilə mənə “Qurani-Kərim” alıb. Çox sağ olsun. Qurani-Kərim hamımızı böhtandan şərdən qorusun”.
Qeyd edək ki, kitabı bağışlayan gənc fiziki qüsurludur.