Müğənni Rəqsanə İsmayılova türkiyəli musiqiçi Ozan Çolakoğlu ilə yeni mahnı üzərində çalışır. Lent.az-ın məlumatına görə, bu barədə ifaçının özü sosial şəbəkədə yazıb. O, bildirib ki, yeni bəstənin adı “İntihar” adlanır.
Qeyd edək ki, O.Çolakoğlu türkiyəli müğənni Gülşənin həyat yoldaşıdır.