Məşhur aktrisa Monika Belluççi azərbaycanlı iş adamı Telman İsmayılovla arasında yaxınlığın olması barədə söz-söhbətə yekun vurub.
Lent.az-ın «Vesti.az»-a istinadən məlumatına görə, o, bu haqda İtaliyada çıxan «Vanity fair»-ə müsahibəsində aydınlıq gətirib.
Beluççi bildirib ki, bu «şayiədir və heç bir əsası yoxdur». Müsahibəsində o, bu ilin avqustun 14 il nikahda olduğu aktyor Vensan Kasseldən boşanmasına dair sualı da cavablandırarkən, deyib ki, ayrılmaqlarına səbəb onların fərqli istiqamətdə inkişaf etməlidir.
İtaliyalı aktrisa rejissor Əmir Kusturitslə də əlaqələrinin olması barədə deyilənləri təkzib edərək, bunu da «şayiə» adlandırıb: «Mənim onunla işgüzar əlaqəm var».