ATV-dən verilişlərin bağlanmasına <span style="color:red;">MÜNASİBƏT - YENİLƏNİB
19 fevral 2014 12:55 (UTC +04:00)

ATV-dən verilişlərin bağlanmasına MÜNASİBƏT - YENİLƏNİB

 

“Televiziyalarda proqram siyasətinə mövsümi olaraq iki dəfə - sentyabr və fevral aylarında baxılır. Bizdə də proqram siyasətinin yenidən tərtibatı ilə bağlı rəhbər heyət daxilində müəyyən müzakirələr aparılır”.

 

Lent.az-ın "azvision.az"a istinadən xəbərinə görə, bunu ATV kanalının Xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu telekanalda bəzi verilişlərin bağlanacağı haqda məlumata münasibət bildirərkən deyib. V.Aydınoğlu hazırda bəzi məsələlərə baxıldığını bildirib.


ATV rəsmisi vurğulayıb ki, hələ ki, hər hansı verilişin, layihənin bağlanması ilə bağlı qəti qərar yoxdur: 

“Hansısa verilişin adını çəkə bilmərik, amma müzakirələr gedir ki, nəyi necə etsək daha yaxşı olar. Bu da təbiidir. Hər mövsümdə olan şeylərdir”.

Qeyd edək ki,  “Azad Azərbaycan” telekanalında yayımlanan “ATV Olay” və “ATV Aktual” verilişlərinin yayımının dayandırılacağı bildirilib.

 

****

11:26

 

“Verilişimin bağlanmasından xəbərim yoxdur. Bağlansa idi, bu barədə məlumatlı olardım. Amma hələ belə bir xəbər yoxdur”. Bunu Lent.az-a açıqlamasında “ATV Olay” verilişinin aparıcısı Mətanət Əlverdiyeva deyib. Aparıcı proqramın bağlanacağını yox, formatında müəyyən dəyişikliklər olacağını söylədi: “Düşünürəm ki, veriliş bağlanmayacaq. Sadəcə, verilişin formatında müəyyən dəyişikliklər ola bilər. Proqramın efir vaxtı dəyişə bilər. Amma yenə də verilişin bağlanması barədə dəqiq nəsə deyə bilmirəm”.

 

Xatırladaq ki, bir qədər əvvəl “azvision” “Azad Azərbaycan” telekanalında yayımlanan “ATV Olay” və “ATV Aktual” verilişlərinin yayımının dayandırılacağı barədə xəbər yaymışdı. 

# 4193
avatar

Yalçın UĞUR

Oxşar yazılar