Əməkdar artist Mətanət İsgəndərli “Danışmayacam” klipini təqdim edib. Bu barədə Lent.az-a ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib. Rejissorun dediyinə görə, klip artıq “Youtube”da yerləşdirilib: “Klip artıq hazırdı, süjet xətti də sadədir. Ekran işində Mətanət xanımın tərəf müqabili yoxdur”.
Qeyd edək ki, M.İsgəndərlinin “Danışmayacam” adlı mahnısının sözləri Tağı Sadiğa, musiqisi Ruslan Səfəroğluya məxsusdur. Klipin prodüseri Pərviz Oqtayoğlu, operatoru Emin Hüseynovdur.