İrlandiyanın tanınmış “U2” qrupunun solisti Bono 4 dostu ilə birgə Dublindən Berlinə mükafatlandırma mərasiminə gedən zaman təyyarədə xoşagəlməz halla rastlaşıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, məşhur müğənni “LEARJET” 60 növlü xüsusi təyyarədə olan zaman təyyarənin arxa qapısı qırılaraq yerə düşüb.
Təyyarənin qapısı Almaniya sərhəddinə 2 min 400 metr yüksəklikdə olan zaman yerindən qopub. Bu zaman təyyarənin içində olan insanlar təşvişə düşüb. Bütün olanlara baxmayaraq, təyyarədə olan bütün sərnişinlər təyin olunan yerə vaxtında eniş ediblər.