Xalq artisti Mələkxanım Əyyubova səhhətində problem yaşayan xalq şairi Zəlimxan Yaqubundan danışaraq ağlayıb.
Lent.az-ın məlumatına görə, “Ondan sonra” verilişində M.Əyyubova bildirib ki, xalq şairi Zəlimxan Yaqubun səhhətinin pisləşməsi ona pis təsir edir: “Onun səhhətinin belə olması məni çox pis etdi. Zəlimxan Yaqub təkcə Azərbaycanın böyük şairi deyil. Həm də mənim ailə dostumdur. Hər bir çıxışımda onun sözlərinə yazılan mahnı oxumuşam. Onun yaradıcılığının mənim sənətimdə böyük yeri var. Onun haqqında danışmaq çətindir. Əllərimizi göyə qaldırıb ona can sağlığı diləyək. Bizim gözəl sənətkarlarımız həyatdan tez getməsin".