Məkkədə «əl-Haram» məscidinə 42 min kamera quraşdırılıb
08 oktyabr 2013 05:45 (UTC +04:00)

Məkkədə «əl-Haram» məscidinə 42 min kamera quraşdırılıb

Səudiyyə Ərəbistanı hakimiyyəti bildirib ki, müqəddəs Kəbənin yerləşdiyi saraydakı «Əl-Haram» məscidində zəvvarların təhlükəsizliyini təmin etmək üçün kameralar quraşdırılıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda krallığın «Arab News» saytına polis general mayoru Abdulla əl-Zahrani açıqlama verib. Onun sözlərinə əsasən, bu il məsciddə onun  ərazsində 42 min videokamera işləyir. O, qeyd edib ki, Müqəddəs Kəbədə də təhlükəsizlik xidməti baş verənləri izləyir.

 

Abdulla əl-Zahrani  deyib ki, hüquq-mühafizə orqanları ilk dəfədir  təhlükəsizliyin təmin edilməsi üçün videokameradan istifadə edir.

 

Bu ilin yayında isə krallığın rəsmiləri Məkkəyə hər 7 girişdən bir elektron çərçivələrin quraşdırıldığını bildirmişdi.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Oxşar yazılar