Malayziyanın baş naziri Nəcib Rəzzak bildirib ki, ölkənin şərqində Sabah və Saravak əyalətlərində yaşayan xristianlar öz inancları ilə bağlı məsələlərdə ərəbcə «Allah» sözünü işlədə bilər.
Rəzzak ilk dəfə olaraq, məhkəmənin məsələ ilə bağlı qərarını şərh edərək, deyib ki, «Catholic Herald» qəzeti xristianlara «Allah» sözündən yazıda istifadə etməyi yasaqlamasına baxmayaraq, ölkədəki bu dinə inanlar «Allah» kəlməsini işlədə bilər: «Onların dedikləri yalnız «İncil»də qala bilər».
Mənbənin xatırlamasına əsasən, ötən həftə məhkəmə qərar çıxarıb ki, yalnız müsəlmanların «Allah» sözündən istifadə edə bilər. Ancaq ölkədəki malay dilində danışan xristianlar bildirib ki, ərəbcə «Allah» sözündən «İncil»də və başqa yazılı materiallarda istifadə ediblər.
İslamçı sayılan bəzi qruplar insanların dinilərini dəyişdiyinə inandırmaq üçün xristianlar «Allah» sözündən yararlana bilər.