Kompüterdən gözləri qorumağın adi düsturu
02 noyabr 2013 06:19 (UTC +04:00)

Kompüterdən gözləri qorumağın adi düsturu

Texas Universitetinin həkimləri kompüter qarşısında uzun müddət oturanların gözlərini qorumaq üçün «20-20-20-20» adlı yeni düstur təklif ediblər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, mütəxəssislərin qənaətincə, hər 20 dəqiqdən bir nəzərlər kompüterin ekranından ayrılmalı, 20 saniyə ərzində 6 metr aralıda yerləşən əşyaya baxılmalıdır. Bu zaman 20 dəfə gözlər qırpılmalıdır.

 

Həkimlər hesab edir ki, bu adi hərəkətlər gözlərin qurumasının  və yorulmasının qarşısının almağa yardım edir. Bu formul kondinsioner olan otaqda işləyənlərə daha çox aiddir. Çünki belə otaqlarda otağın havası da quru olur. Bu isə gözlərdə qıcıq yaradır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2947
avatar

Oxşar yazılar