Kibariyə səhnədə özündən çıxdı
07 sentyabr 2019 19:50 (UTC +04:00)

Kibariyə səhnədə özündən çıxdı

Türkiyəli müğənni Kibariyəyə verilən sual onu qəzəbləndirib.
 
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk dəfə birlikdə konsert verərək, səhnəni paylaşan Halil Sezai və Kibariyə jurnalistlərin suallarını cavablayıb. Daha sonra Kibariyə gələcək işlərindən də söz açıb: 
 
“Halil Sezainin o qədər gözəl səsi var ki, ağlamamaq mümkün deyil. Aktyorluq da edir. Mənim də aktyorluğa marağım var. Hətta xahiş etdim ki, bərabər teatrda oynayaq. Ağlımızda çox yaxşı şeylər var”.
 
Daha sonra jurnalistlər müğənnidən Bodrumda 3 milyon türk lirəsi dəyəri olan evini həyat yoldaşının borcu səbəbindən 1 milyona satdığı iddialarına cavab almaq istəyib. Kibariyə isə cavabında “Elə bir şey yoxdur. Mənim ağzımdan çıxmayan heç bir şeyə inanmayın” deyərək, müsahibəni nöqtələyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar