Türkiyənin tanınmış müğənnisi Kayahan yeni çıxan “Kayahan iyileri” adlı albomuna əməkdar artist Lalə Məmmədovanın ifa etdiyi “Kar taneleri” adlı bəstəni də daxil edib. Lent.az-ın məlumatına görə, bu barədə L.Məmmədova özü məlumat verib: “Sevicimi sizlə bölüşmək istəyirəm. Böyük ustad Kayahan 12 il bundan öncə ifa etdiyim, aranjemanı Samir Şirinova məxsus “Kar taneleri” adlı mahnımı yeni çıxan albomuna əlavə edib. Təşəkkürlər olsun böyük sənətkara. Albomda məndən savayı, Türkiyənin ən tanınmış sənətçilərinin mahnıları da yer alıb. Azərbaycan adına, bu uğura görə sizə minnətdaram. Demək ki, əsil sənət ölmür, illər sonra layiqli qiymətini alır".