İradənin bacısı Nigarla ailə quran Ruslanın 1-ci xanımından ŞOK  sözlər
01 noyabr 2013 14:36 (UTC +04:00)

İradənin bacısı Nigarla ailə quran Ruslanın 1-ci xanımından ŞOK sözlər

Müğənni İradə İbrahimovanın bacısı Nigarla ailə quran Ruslanın birinci yoldaşı şok açıqlamalar verib. Medainfo.az xəbər verir ki, Ruslanın ilk həyat yoldaşı onun barəsində bir çox faktlar açıb: ““Neon” restoranında təmtəraqlı nişanımızdan sonra 2007-ci ildə “Yeganə” şadlıq sarayında toyumuz oldu. 2008-ci ilin iyun ayının 13-ü Nuray, 2010-cu ilin oktyabrında isə Ayan adlı qızlarımız dünyaya göz açdı. Bizim münasibətlərimiz çox yaxşı idi. Doğrudur, Ruslanın həyatında qadınlar çox olurdu, mübahisələrimiz də bunun üstündə baş verirdi. Amma hər şey qaydasına düşürdü. Bu Nigar ortaya çıxandan sonra gərginlik artdı ailəmizdə. Bu başladı evə gəlməməyə. Yavaş-yavaş ailədən, uşaqlarından soyumağa başladı. Beləliklə, bu il sentyabrın 17-də rəsmən boşandıq. Ruslan tələsirdi elə bil. Tez ayrılmaq istəyirdi. Adətən məhkəmə hər iki tərəfə vaxt verir ki, gedin fikirləşin, bəlkə tərəflər arasında razılıq əldə olundu deyə. Amma bizim məhkəmə satın alınmışdı, nə vaxt verdilər, nə də bir şey. Tələsik ayrılmağımız haqda qərar verdilər. Heç Ruslan özü də gəlib çıxmadı məhkəməyə. Uzun müddət işləmədi. Hazırkı işi var ha, ora da biz düzəltmişik onu – mənim ailəm, qardaşım düzəldib. O alfonsdur. O, məndən də çox istifadə elədi. O, Nigarı puluna görə aldı. Ümumiyyətlə, Ruslangilin durumu çox zəifdir. Boşanmaq ayıb deyil. Amma hər şeyin bu dərəcədə olması uşaqlara həddindən çox mənfi təsir göstərir. Balaca qızım tez-tez atasını xəbər alır... Bilmirəm ona nə cavab verim. Hər atası haqda danışanda mən Ruslanın yerinə xəcalət çəkirəm, inanın Allaha, elə bilirəm ki, bu iyrənc əməli mən tutmuşam... Ancaq inanın ki, bu, belə davam etməyəcək. Nigar onun dalından elə təpik vursun ki. Alfonsdur da. Nigarla puluna görə evlənib. O Nigarın müsahibələrini oxuyun, deyir ki, 7-8 aydır birlikdəyik. Biz sentyabrın 17-də boşanmışıq. Necə olur bəs bu? Deməli, Ruslan ailəli ola-ola görüşürdülər. Mənim ailəmi dağıtdı o Nigar. Yuva yıxanın yuvası olmaz.

 

 

Samirə xanım Ruslanla necə tanış olmalarını isə belə aydınlıq gətirib: “Bilirsiniz, bu çoxdankı tanışlıqdır. Məndən də əvvəlki, hətta Ruslan birinci dəfə nişanlı olanda bu Nigarla tanış imiş. Birinci nişanlısı Vəfa ilə ayrılmasının da səbəbkarı Nigar olub. Zənglər edərək o qızın əsəblərini korlayıb. Elə faktlar var ki, açıqlaya bilmirəm, Bilirsiniz, böyük adamların adları hallanır, başa düşürsünüz? Bunu hamı bilir. Hamı bilir ki, o Nigar hansı yuvanın quşudur. Bir dəfə biz bulvarda hava alırdıq. Onda mən ikinci qızıma hamilə idim. Nigarın “İnfiniti”si var idi onda. Gəlib bulvarda düşdü, yanında da bir oğlan vardı. Ruslan onları görəndə qayıdıb dedi ki, siz də məni bağışlayın, buna bax, bu ... vaxt var idi mənimlə gəzirdi, indi dostumla gəzir. İndi həmin ... özünə arvad edən də bu o... Ruslandır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7038
avatar

Oxşar yazılar

Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41