<span style="color:red;">İradə İbrahimova:  "Başda mən olmuşam"
25 dekabr 2014 15:08 (UTC +04:00)

İradə İbrahimova: "Başda mən olmuşam"

“2005-ci ildən müğənnilik edirəm. Mən bu sənətə qalmaqalla yox, öz mahnılarımla gəlmişəm. Sənətimdən başqa məqsədlər üçün istifadə etməmişəm”. Lent.az-ın məlumatına görə, bu sözləri bu gün “Senələr” adlı mahnının klip təqdimatında İradə İbrahimova deyib. O, bildirib ki, 4 illik fasilədən sonra yenidən Azərbaycan şou-biznesində sözünü deyəcək: “Vətənim üçün çox darıxmışdım. Bütün həsrətim geridə qaldı. Mən müğənniliyə hansısa məqsədlərimi yerinə yetirmək üçün gəlməmişəm. Buna görə də bir çox insanlar nəticə çıxarmalıdır ki, İradənin bu sənətdəki yeri haradadır. Könüllü olaraq bir çox tədbirlərində çıxış edən 3 müğənnidən biri mən olmuşam. Yəni dövlət tədbirlərində başda mən olmuşam. Amma heç bir zaman fəxri ad almaq barədə düşünməmişəm. Niyyətimdə olmayıb. Yalnız mahnı oxumaq istəmişəm. Buna görə də mən İradə İbrahimova olmuşam”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289

Oxşar yazılar