İlhamə Quliyeva: ”Hər yerindən duran özünə kraliça deyir ”
14 oktyabr 2013 14:32 (UTC +04:00)

İlhamə Quliyeva: ”Hər yerindən duran özünə kraliça deyir ”

“Yarım əsrlik sənətkarın hüququ çatmır ki, ürəyinə yatan sənətkara ad versin. Təbii ki, bunların hamısı qeyri-rəsmi adlar, titullardır. Rəsmi adları dövlət başçısı verir”.

 

Bunu xalq artisti İlhamə Quliyeva ANS TV-nin “Günəbaxan” verilişinin canlı yayımına telefonla qatılaraq deyib. Vasif Məhərrəmliyə “İmperator” titulu verdikdən sonra tənqid olunan xalq artisti ittihamlara belə cavab verib: “Mənim dediyim fikirlər ki, bu imperatordur, bu toylar kralıdır, qeyri-rəsmidir. Amma qəbul olunur. Mənim sözüm ötkəmdir. Mən üçtaclı sənət nümayəndəsiyəm. Bununla bağlı sənədim də var. İndi hamı mənə baxıb başına tac qoyur. Beynəlxalq sənətçi titulum da var. Yəni rəsmi titullarım var. Amma indi hər yerindən duran özünə kraliça deyir. Cavanşir və Vasif də imperator tituluna layiqdir. Dediyim kimi mənim verdiyim titulların hüquqi əsası yoxdur. Amma qəbul olunur. Bu da o deməkdir ki, mənim sözüm keçərlidir, qəbul edilir. Çox ayıb bir şeydir ki, belə bir yaxşı məsələni şişirdib mənfi təqdim etsinlər. Burada nə var ki, mən deyirəm Cavanşir toylar kralıdır, Vasif imperatordur. Hər kəsin öz yeri, öz mərtəbəsi var”.

 

qafqazinfo.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1805
avatar

Oxşar yazılar