****
07.47
Azəri Günelə 6 ay həbs cəzası
Azəri Günel Zeynalovaya həbs qərarı verilib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, onun həbsinə səbəb, eks sevgilisi Rza Zərraba “başından güllələyərəm” söyləyərək, ölümlə hədələməsi göstərilir.
Məlumatda bildirilir ki, Azəri Günelə 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.
Hakim Günelin hədə-qorxu gəldiyinə görə 6 ay azadlıqdan məhrum edilməsinə qərar verib. Lakin müğənni məhkəməni yenidən cinayət işləməyəcəyinə inandırıb. Buna görə də qərarın açıqlanması təxirə salınıb.
Qeyd edək ki, Günel, daha öncə Zərrab ilə aralarında keçən telefon danışıqları razılığı olmadan yaydığı üçün 9 ay müddətinə həbs cəzasına məhkum edilib. Həmin vaxt 9 ay müddətinə həbs cəzasına məhkum edilmiş müğənni barəsindəki qərarın elanı da təxirə salınmışdı.