Fransa parlamentinin deputatları fahişəliyə qarşı mübarizə qanun layihəsini qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin qanuna əsasən, seksual xidmətdən istifadə edənlər cərimələnəcək.
Xatırladaq ki,20 maddəlik qanun layihəsi fahişələrin xidmətindən istifadə edənləri cinayətkar sayır.
Bu xidmətdən istifadə edən haqda məlumat uyğun quruma daxil olarsa, həmin adam 2 min dollar cərimə ediləcək. Pulu seksdən istifadə həvəskarı yenidən tutularsa, onda bu cərimə iki dəfə artacaq. Bundan həmin şəxs «fahişəlik haqda informasiya» kursunda tərbiyəvi məruzələr dinləyəcək.
Qeyd edək ki, ötən il oxşar qanun layihəsini İsrail parlamentində də müzakirəyə çıxarılmışdı. Nəticədə layihə müəllifləri yetərincə səs toplaya bilmədiklərindən cəhdləri uğursuzluğa uğramışdı.