Fransa senatı 16 yaşından kiçiklər arasında gözəllik yarışmasının keçirilməsini yasaqlayan qanunu təsdiqləyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 196 səs lehinə, 146 əleyhinə olmaqla qanun qəbul olunub.
Bu addımın atılmasına səbəb kimi yetkinlik yaşına çatmayanların seksual xidmət sahələrinə cəlb edilməsi göstərilib. Məsələ ilə bağlı parlamentə özəl hesabat hazırlanıb.
«Mini-miss» yarışmasını bundan sonra təşkil edənlərə 2 il iş kəsiləcək və 30 min avro məbləğində cərimələnəcək.
Bundan sonra qanun layihəsi Aşağı palata da müzakirəyə çıxarılacaq.
Məlumata əsasən, Fransa parlamentinin üzvləri bu məsələ ilə 3 ildən artıq məşğul olub. Qalmaqal «Vouge» jurnalında 10 yaşlı qızların dar donda dikdaban ayaqqabıda və makiyajda olan fotolarından sonra başlayıb.
Qanun layihəsinin mətnində əxlaqsız qadınlarla əlaqəyə girən kişilərə dair də yasaqlar var. Onlar belə qadınlarla ilk dəfə tutulduqda 1500 avro cərimələnəcək, əgər bu hal təkrarlanarsa, o zaman 6 ay iş kəsiləcək və 7 min 500 avro məbləğində cərimələnəcək.
Oxşar qanun layihəsi İsveç, Norveç və İslandiya da müzakirə edilir.