Firuzə İbadova: <b>“Buna görə də peşmanam”</b>
17 iyul 2014 13:06 (UTC +04:00)

Firuzə İbadova: “Buna görə də peşmanam”

“Bu günə kimi mən çox şeyə nail ola bilərdim. Arzularımı həyata keçirməkdə gecikmişəm”. Lent.az-ın məlumatına görə, bu sözləri “Hər şey daxil” proqramına qonaq olan əməkdar artist Firuzə İbadova deyib. O bildirib ki, bu günə qədər çox işlər görə bilərmiş, amma alınmayıb:  “Gənclərin bir çoxu istirahət barədə düşünür. Yaşa dolduqca başa düşürsən ki, vaxt itirmək olmaz. Mənə elə gəlir ki, işdən gəlib altı-yeddi saat dincəldinsə, bəsdir. Bu günə kimi mən çox şeyə nail ola bilərdim. Arzularımı həyata keçirməkdə gecikmişəm. Mahnılar var idi ki, onları vaxtında ifa etsəydim, başqa uğurlar qazanardım. Amma indi bir-bir oxumağa başlamışam. Bu gün nələrəsə nail ola bilmirəmsə, buna səbəb boşuna itirdiyim zamandır. Buna görə də peşmanam”.

 

# 1552
avatar

Yalçın UĞUR

Oxşar yazılar