Fatimə uşaqlara rəqs öyrədəcək
27 noyabr 2013 14:36 (UTC +04:00)

Fatimə uşaqlara rəqs öyrədəcək

“Yeni açılacaq məktəbdə milli rəqslərin öyrədilməsindən savayı, müəllimlər onlara hind, bal, oriental, aerobika və bəylə gəlinin rəqsini öyrədəcəklər”. Bunu Lent.az-a yeni işindən söz açan “Göyçək” ləqəbli ilə tanınan rəqqasə Fatimə Fataliyeva deyib. 4 yaşından yuxarı olan hamıya rəqsin sirlərini öyrədəcək: “Bildiyiniz kimi bir müddət öncə mən rəqqasəlikdən savayı xınayaxdı mərasimlərinin təşkili olan biznes açdım. Daha sonra, daha bir biznes açmaq barədə variantlar axtardım. Düşündüm ki, başqa nə biznes açsam, maraqlı olar? Elə insanların mənə müraciət edərək “rəqs öyrənmək istəyirik”, “bizə rəqs öyrədə bilərsiniz?” istəyini nəzərə alıb, məktəb açdım. Artıq bütün işlərimi öz qaydasına salmışam”.

 

Rəqqasə daha sonra Lent.az şəxsi həyatından da danışıb: “Bəzilərinin mənim uğurlarımı gözü götürmür. Onlara demək istəyirəm ki, mən Fatimə Fataliyeva olana kimi, bir çox sınaqlardan keçmişəm. Allaha da şükür edirəm ki, hər nə qazanmışamsa, halal yolla, yaradıcılığımla qazanmışam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1281
avatar

Yalçın UĞUR

Oxşar yazılar