Rəqqasə Fatimə (Fətəliyeva) Hindistan keçirilən “Udbhav international Dance Carnival” rəqs müsabiqəsinin qalibi olub. Rəqqasə Lent.az-a bildirib ki, bu onun Hindistana 3-cü səfəri olub: "Festivala təklif alanda tərəddüd elədim. Amma daha sonra qatılmağı qərara aldım. Müsabiqə çərçivəsində 6 gün konsert oldu. Sonuncu gündə qala konsert keçirildi və sonda müsabiqənin nəticələri açıqlandı. Məni qalib elan etdilər. Qazandığım nəticə bütün yorğunluqlara qalib gəldi. Qala gecəsində Hindistanın müxtəlif bölgələrindən olan iştirakçılar çıxış etdilər. Onlardan savayı Rusiya, Qazaxıstan və dünyanın müxtəlif yerlərindən olan iştirakçılar öz məharətlərini göstərdilər".
Rəqqasə Fatimə qala gecəsində “Uzundərə” rəqsini fa edib.
Qeyd edək ki, bir müddət əvvəl digər tanınmış azərbaycanlı rəqqasələrdən olan Oksana Rəsulova da Hindistanda rəqs müsabiqəsinin qalibi olub.