İtaliya hakimiyyəti faşist Erix Pribkenin ölkə ərazisində dəfn edilməsinə icazə verib.
Lent.az-ın «Qolos Rossii»-yə istinadən məlumatına görə, onun vəkili Paolo Ciakini bu haqda açıqlama verib. O, deyib ki, bu qərar Pribke ailəsini də qane edib. Dəfn mərasiminə yalnız onun yaxın qohumlarının qatılacağı bildirilib.
Xatırladaq ki, ikinci dünya savaşında törətdiyi cinayətlərə görə mühakimə olunmuş faşist Erix Pribke İtaliyada ölüb.
Faşist Almaniyasının «SS» idarəsinin 100 yaşlı keçmiş zabit 1944-cü ildə Romada kütləvi qırğınlarla bağlı 1990-cı illərdə mühakimə edilərək, İtaliyadakı mənzilində ev dustağı olmuşdu.
Pribke Adreatin mağarasında kütləvi edamların keçirilməsinə məsuliyyət daşıyanlardan biri olub. Onda 335 italiyalı qətlə yetirilib.