Xalq artisti Faiq Ağayev söz və musiqisi Xanım İsmayılqızına məxsus “Sərxoş oldum” adlı bəstəni lentə aldırıb. Lent.az-ın məlumatına görə, sözügedən bəstə bu gündən etibarən radiolarda səsləncək. Aranjemanı Yaşar Baxışa məxsus olan mahnının “Youtube” kanalına da yerləşdirilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, F.Ağayevin “Sərxoş oldum” mahnısının təqdimatı bu gün saat 18:00-da, 106.3 fm-də dj Kazımın təqdimatındakı verilişdə olacaq.