<b>Əməkdar artist: </b>“Həyat yoldaşım öləndən sonra sənətə gəldim”
30 oktyabr 2014 11:19 (UTC +04:00)

Əməkdar artist: “Həyat yoldaşım öləndən sonra sənətə gəldim”

“Həyat yoldaşım 38 yaşında dünyasını dəyişdi. Özü də Rac Kapura oxşayırdı. Çox yaraşıqlı, hündür idi. Yoldaşım dünyasını dəyişəndən sonra, 30 yaşımda sənətə gəlmişəm”. Lent.az-ın məlumatına görə, bu sözləri “Hər şey daxil” verilişində əməkdar artist Zöhrə Abdullayeva deyib. O, dünyasını dəyişmiş həyat yoldaşına hələ də nifrət etdiyini deyib: “Məni qısqanan adam rəhmətə gedib. Yəni yoldaşım dünyasını dəyişib. O, çox qısqanc idi. Baxmayaraq ki, məni əməlli başlı sevmirdi. Amma qısqanırdı. Mən onu sevərək 16 yaşımda ailə qurdum. Mən də onu çox qısqanırdım. Çünki çox ayağısürüşkən və “gözü gəzən” kişi idi. Kimi görürdü bəyənirdi, sevirdi. O, məni sevib almışdı. Amma başqa qadınlara meylini salandan sonra sevgisi azaldı. Bilirsiniz, kişilərin xislətində belə bir şey var ki, meylini başqa qadınlara saldısa, sevgi azalacaq. Kişi gördüyünü, qadın eşitdiyini sevir. Sizə bir məsləhətim var. Ailə quranda sevginizi kişiyə bildirməyin. Sonra qudurar. Sevgi, nifrət arasında olan məsafə bir kirpik qədərdir. Mən sevdim, dəhşət dərəcədə nifrətə çevrildi. Hələ də nifrətim soyumur. Amma Allah rəhmət eləsin. Onu da deyim ki, kişini bezdirmək olmaz. O vaxt əl telefonu yox idi. Mən ona zəng edib, “hardasan?”deyə bilməzdim. Hardasan nədi? Heç aylarla evə gəlmirdi. Hətta qayınanam mənə oğlunu elə aşılamışdı ki, guya bütün kişilər belədir. Mən də deyirdim ki, “ay mama, mənim atam belə deyil axı”. O da dedi ki, düzələcək. O da 14 il düzəlmədi, 38 yaşında öldü. Düzəlməyən, düzəlmir. Dəvənin quyruğu yerə dəyər, elələri düzəlməz". 

# 1491
avatar

Yalçın UĞUR

Oxşar yazılar