“Bəstələdiyim mahnılara qadağa qoymaq ixtiyarım var. Hətta bir neçə mahnıma qadağa qoymuşam ki, oxumasınlar”. Bu sözləri Lent. az-a əməkdar artist Elza Seyidcahan deyib. Müğənni bildirib ki, mahnılarının ifaçılarından hörmətsizlik görərsə, qadağa qoyacaq: “Son 15 ildə elə bir nailiyyətlərlə Azərbaycana dönmüşəm ki, hər birindən altı ay danışsaq da bitməz. Hətta Türkiyədə belə məni hörmətlə, “Azərbaycanın Türkan Şorayı” deyib, qarşıladılar. Bəyənməyəndə qadağa qoyuram ki, müğənnilər mahnılarımı oxumasınlar”.
Müğənni Lent. az-ın əməkdaşının “Əgər siz bir ifaçıya bəstələdiyiniz mahnını oxumağı qadağan etsəz, o da bu qadağaya əhəmiyyət verməsə nə tədbir görərsiniz ” sualına, “Baxır o kimdir? Kimliyindən asılı olmayaraq, qərarımı çıxararam. Bilirsiniz, necədir, qadağama əməl etməsə, onu məhkəməyə verərəm. Digər biri də var, görürəm ki, bu mahnıdan ayrıla bilmir. İndi mən o mahnını onun əlindən necə alım ”- cavabını verib.
Xatırladaq ki, E. Seyidcahan İlhamə Quliyevaya “Ağ çiçəyim” mahnısını oxumağı qadağan edib. Lakin İ. Quliyeva bu qadağaya əhəmiyyət vermir...