Bir neçə gün öncə canlı efirdə qalmaqal yaşayan əməkdar artist Elza Seyidcahan və aparıcı Günay Firudinqızı barışıblar. Lent.az-ın məlumatına görə, tərəflər aralarında olan anlaşılmazlıq “Azərbaycanın səsi” verilişində müzakirə olunub. Barışıq addımı ilk olaraq E.Seyidcahandan gəlib: “Harada məni bəyənmirlərsə, oradan ayağımın tozu ilə gedirəm. Məni Elza edən bizim jurnalistlərimiz, aparıcılarımızdır. Tamaşaçılar, məni sevənlər də ötən dəfəki hadisədən narahatdırlar. Ona görə istəyirəm, barışaq. Hamı bilsin ki, heç bir narahatlıq yoxdur”.
Əməkdar artistin bu jestinə aparıcı özünəməxsus şəkildə cavab verib: “Siz bəyənilməsəydiniz, münsif kürsüsündə oturmazdınız. Burada çoxları əyləşmək istəyib. Amma seçilən siz olmusunuz”.
Qeyd edək ki, E.Seyidcahanla G.Firidunqızının qalaqlına səbəb, aparıcının müğənnini “Elza” deyərək səhnəyə çağırması olub. İfaçı isə “Sən Günay xanımsansa, mən də Elza Seyidcahan - əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni fəxri adımla təqdim edin! Kobudluq etmirəm. Günay sənətimi dəyərləndirən biri olub. Ad xəstəsi də deyiləm”.
G.Firudinquzi isə ona cavab olaraq "Qəribədir, siz hər dəfə yarışma başlayanda belə edirsiniz. 14-15 ildir bu sahədəyəm, təcrübəm var. Bu vaxta qədər hər zaman verilişlərimdə sizə “Elza” və “Elza Seyidcahan” deyə müraciət etmişəm. Etiraz etməmisiniz. İndi bunu şou xatirinə edirsiniz? Sizin bu hərəkətinizi mənfi qiymətləndirirəm".