“On altı, on yeddi yaşımdan tac qoyuram. Gəlin köçəndən indiyə kimi də başımda tac var. Amma heç zaman demərəm ki, bunu birinci mən etmişəm. Çünki belə şeyləri sevmirəm”. Bu sözləri Lent.az-a əməkdar artist Elza Seyidcahan şou-biznesdəki tac qalmaqalına münasibət bildirərkən deyib. İfaçı saysız-hesabsız taclara sahib olduğunu bildirib: “Mən tacı indi-indi taxmıram. Bunu ərə gedəndən, illərdir taxıram. Paltarıma uyğun gəldiyi halda istifadə etməyi xoşlayıram. Mən hətta uşaqlarımın könlünü açmaq üçün tac taxmışam. Belə ki, onlar balaca olanda, bağçada “qar qız” obrazın yaradanda tac taxmışdım. İndiyə kimi bir çox səhnələrə tacla çıxmışam. Tac mənə yaraşır. Elə bir böyük sənətim var ki, illər boyu danışaq, uğurlarımı gecə-gündüz sadalasaq yetməz. Bu aləmdə bir çoxları özlərini mənə bənzədir. Fərqli, qeyri-adiliyi bir- iki gün edirlər, üçüncü gün isə onu yerə qoyurlar. Çünki, bu iş onlarlıq deyil”.

Oxşar yazılar

Şöhrətin "dəli" etdiyi 5 ULDUZ
26 iyun 2025 , 10:42
Azərbaycamdakı bu müğənnilər geyimlərinin qiyməti ilə sizi HEYRƏTLƏNDİRƏCƏK
25 iyun 2025 , 17:12
Bred Pitt Ancelina Colidən niyə ayrıldı? - Özü AÇIQLADI
25 iyun 2025 , 15:29
"Sea Breeze"də mənzil sahibi olmaq fürsəti – sadəcə 1 bilet uzaqlığında
25 iyun 2025 , 12:51
Pərvin Abıyevanın 100 mindən çox pulu oğurlanıb - VİDEO
24 iyun 2025 , 14:04
Məşhur aktrisa tətildə - 5 ulduzlu otel yerinə, “karavan”ı seçdi
24 iyun 2025 , 12:45
Sıla pərəstişkarını belə məst etdi -FOTOLENT
24 iyun 2025 , 11:45