Əməkdar artist Elza Seyidcahan yeni layihə hazırlayır.
Axşam.az-ın məlumatına görə, müğənni “Telemaqazin” verilişinə açıqlamasında konsert verəcəyini bildirib. “Uğur bizimlədir” adlanacaq gecədə ifaçı qeyri-adi geyimi ilə seçiləcək:
“Hazırda “Uğur bizimlədir” konsertimi planlaşdırıram. Geyimimi bacım, stilistim Lalə Seyidcahan hazırlayacaq. Libaslar haqqında onu deyə bilərəm ki, bu dəfə mükafatlarımdan ibarət paltar hazırlayacaq”.
Ona paxıllıq edənlərin çox olduğunu deyən E.Seyidcahan özünü uğurlu müğənni hesab edir:
“Məni gözü götürməyənlər çoxdur. Onların uğurları mənimkindən də artıqdır. Özlərindəki yüksəlişi görmürlər. Şəxsən mən nə qədər təvazökar, sadə olsam da, bir o qədər yüksəyəm. Qazandığım uğurlar mənim üçün böyük zinətdir”.