“Təmənnasız sevmək və sevilmək doğmalıqdan, saflıqdan gəlir. İkinci halda təmənnasız sevgi Allah rizası üçün olur”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədəki səhifəsində yazıb. Sənətçi həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə şəklini paylaşaraq, bu sözləri qeyd edib:
“Üçüncü hal artıq təmənnalıdır. Artıq burada sevmək kimi görünür, lakin səni sevməyi göstərən əslində özünü sevir. Çünki təmənna ilə sevdiyini deyən yalan söyləyir. O, özündən başqa heç kimi sevə bilməz və ona görə də heç kim tərəfindən səmimi sevilə bilməz.
Yəni, bir yerə qədər... Saf və təbii olan insanlar sevirlər. Süni və yaltaq insan sevgi kimi dəyərli hissin haqqını verə bilməz. Ona görə də belə insanlar yaşayarkən ölmüş sayılırlar. Bu isə son deməkdir. Allah sonumuzu xeyir eləsin”.